Xəbərlər

Deputat: Rüstəm İbrahimbəyovun Əkrəm Əylisli ilə heç bir fərqi yoxdur
05 aprel, 2013 20:41

 

Azərbaycan Parlamentinin deputatı Rüstəm İbrahimbəyovu tarixi bilməməkdə günahlandırdı.

"Rüstəm İbrahimbəyovun Əkrəm Əylisli ilə heç bir fərqi yoxdur. Yəni əgər Rüstəm İbrahimbəyov elə deyirsə, ən azı onun o söhbəti etməyi iki baxımdan qüsurludur. Birincisi odur ki, o, mənsub olduğu millətin tarixini bilmir", - bunu millət vəkili Nizami Cəfərov Rüstəm İbrahimbəyovun "Rosbalt" informasiya agentliyində dərc olunan müsahibəsini şərh edərkən deyib.

Cəfərov hesab edir ki, özünü ziyalı adlandıran adam gərək dünya tarixini ümumi şəkildə, millətinin tarixini isə kifayət qədər dərindən bilə.

"İknici böyük qüsur da odur ki, İbrahimbəyov bilsə də, bilməsə də, xüsusi məqsədlə fikir söyləyir, xüsusi bir maraqla, yəni şəxsi maraq mövqeyindən belə fikir söyləyir. Dünyada bundan pis şey yoxdur ki, öz millətinin tarixini, məskunlaşdığın ərazinin coğrafiyasını şəxsi marağından, hər hansı bir iddiandan ötəri məmnuniyyətlə satasan", - Cəfərov deyib.

O, hesab edir ki, bu, çox böyük bir günahdır. "Hər halda əgər hansı millətə mənsubsansa, onun ruhu qarşısında çox böyük günah edirsən. Axı hər millətdə olduğu kimi, bizim millətin də bir dədə-baba ruhu var", - millət vəkili vurğulayıb.

Cəfərov qeyd edib ki, İbrahimbəyov kimilər işıq gələn yerə papaqlarını soxurlar: "Buna başqa cür izahat vermək mümkün deyil".

Qeyd edək ki, Rüstəm İbrahimbəyovun "Rosbalt" informasiya agentliyində müsahibəsi dərc olunub. İbrahimbəyov müsahibədə SSRİ-nin dağılmasından təəssüfləndiyini bildirib. O qeyd edib ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdır.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.