Xəbərlər

Natiq Əliyev: Azərbaycan Ukraynaya neft ixracını bərpa etməyə hazırdır
05 aprel, 2013 20:37

 

Azərbaycan Ukraynaya xam neftin tədarükünü bərpa etməyə hazırdır. Bunu jurnalistlərə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşdə iştirak edən sənaye və energetika naziri Natiq Əliyev deyib.

"Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitski ilə görüşdə Ukraynanın Azərbaycan neftinin tədarükündə maraqlı olduğu səsləndirilib. Belə olan təqdirdə, Ukrayna müvafiq güzəştli şərtlər yaratmalıdır. Bu məsələ müzakirə edilir. Əgər Ukrayna müvafiq təşəbbüslə çıxış etsə, Azərbaycan xam neftin tədarükünü bərpa etməyə hazırdır", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan ötən il Ukraynaya neft ixracını dayandırıb ki, bu da Gömrük İttifaqının yaradılması və Rusiya neftinin Belarusa daha aşağı qiymətə tədarükü ilə bağlı olub. Belə şəraitdə Azərbaycan nefti rəqabətə tab gətirə bilməyib.

Nazir Azərbaycan qazının Ukraynaya tədarükü məsələsi ilə bağlı deyib ki, hazırda Azərbaycan Ukraynanın svop tədarüklərlə bağlı təkliflərini nəzərdən keçirir.

Bu təkliflə Stavitski Əliyevlə görüşündə çıxış edib. Tədarüklərin Rusiya ərazisindən keçməklə həyata keçirilməsi nəzərdə tutulur.

"Bu təklif maraqlıdır, lakin onun razılaşdırılmasına və bəzi texniki məsələlərin həllinə ehtiyac var. Bu, nəqliyyat xidmətlərinin ödənişi, layihədə bir neçə şirkətin iştirakı və s. ilə bağlıdır. Bu nəzərə alınaraq, 2014-cü ildə Ukraynaya svop qaz tədarüklərini təşkil etmək çətin olacaq", - Əliyev deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.