Xəbərlər

Azərbaycan boksçuları beynəlxalq turnirə qələbə ilə başlayıblar
27 mart, 2013 21:44

 

Ukraynanın Xerson şəhərində Mikola Manqerin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə start verilib. Yarışda Ukrayna, Azərbaycan, Gürcüstan, Türkiyə, Misir, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Rusiya, Ermənistan komandaları iştirak edirlər.

 Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışın ilk günündə rinqə çıxan boksçularımızın hamısı qələbə qazanıblar. 56 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev ilk döyüşünü qalibiyyətlə başa vurub. Son Azərbaycan çempionatının bürünc mükafatçısı ukraynalı Anton Kosseni 10:7 hesabı ilə məğlub edib.

Tamerlan Abdullayev də (69 kq) yarışa qələbə ilə başlayıb. Azərbaycan çempionu moldovalı Valeri Sirbu ilə döyüşdə çətinlik çəkməyib - 18:8.

Ötən il 21 yaşlılar arasında Avropa çempionu olmuş Elvin İsayev də (60 kq) ilk görüşdə məşqçilərimizin etimadını doğruldub. Milli komandamızın üzvü Rusiya idmançısı Sergey Krasnitskini 13:8 hesabı ilə üstələyib.

London olimpiadasının iştirakçısı Soltan Migitinov (75 kq) ilk mərhələni qələbə ilə başa vurub. O, Ukrayna boksçusu Vladislav Voytalyuku yarışdan kənarlaşdırıb - 16:11.

Qeyd edək ki, turnirdə Salman Əlizadə, Teymur Məmmədov və Kamran Mehdiyev də iştirak edirlər.

Yarışa martın 30-da yekun vurulacaq.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.