Xəbərlər

Elmar Məmmədyarov Böyük Britaniya xarici işlər nazirinin müavini ilə görüşüb
14 mart, 2013 23:23

 

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya xarici işlər nazirinin müavini və diplomatik xidmətin rəhbəri Saymon Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan ilə Böyük Britaniya arasında mövcud çoxşaxəli münasibətlərin səviyyəsindən məmnunluq bildirib və siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb. İki ölkə arasında, xüsusilə, enerji sektorunda qarşılıqlı faydalı əməkdaşlığa diqqət çəkən nazir, dinamik iqtisadi inkişaf nəticəsində artıq Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına sərmayələr yatırdığını nəzərə çatdırıb.

Freyzer, öz növbəsində, görüşə görə təşəkkürünü bildirib və ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini nəzərə çatdırıb. O, Böyük Britaniya iqtisadiyyatına Azərbaycan tərəfindən sərmayələrin yatırılmasını təqdir etdiklərini və bunun davam etdirilməsinin arzu olunduğunu bildirib. Britaniyalı diplomat Azərbaycanın Əfqanıstanda sülh və sabitliyin bərpasına verdiyi töhfəni, eləcə də ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini yüksək qiymətləndirib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov sülh prosesi haqqında ətraflı məlumat verib. Nazir Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsini "status-kvo"nun möhkəmlənməsinə yönəlmiş addım kimi qiymətləndirib və münaqişənin həllinə nail olmaq üçün, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. Son zamanlar Ermənistan siyasi və hərbi dairələri tərəfindən Xocalı hava limanından uçuşların həyata keçiriləcəyi ilə bağlı səslənən bəyanatlarla əlaqədar nazir qeyd edib ki, bu, Azərbaycan hava məkanının kobud surətdə pozulmasıdır və bütün müvafiq beynəlxalq qanunvericilik, xüsusilə də Çikaqo konvensiyası Azərbaycanın bu məsələdəki mövqeyinin haqlılığını göstərir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.