Rəhim Rəhimov "Şöhrət" ordeni ilə təltif edilib
14 mart, 2013 23:21
Azərbaycan Prezidenti İlham Əliyev Rəhim Rəhimovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda tibb elminin inkişafındakı xidmətlərinə görə Rəhim Nurməmməd oğlu Rəhimov "Şöhrət" ordeni ilə təltif edilsin.