Bakıda intellektual oyunlar üzrə "Xəzər Kuboku" II Beynəlxalq turniri keçiriləcək
13 mart, 2013 21:45
Martın 15-17-də intellektual oyunlar üzrə "Xəzər Kuboku" II Bakı Beynəlxalq turniri keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, turnir nazirlik və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Tədbirdə Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan, İsrail, Özbəkistan, Estoniya, Latviya və Almaniyadan 60 komanda iştirak edəcək.
Üç gün ərzində keçiriləcək turnir zamanı "Nə? Harada? Nə zaman?", "Fərdi oyun" və "Breyn-rinq" oyunları, həmçinin "Xəmsə" milli intellektual oyunu keçiriləcək.