Xəbərlər

Roland Kobia: Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üzrə işlər davam edir
12 mart, 2013 21:53

 

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üzrə işlər davam edir, görüşlər keçirilib. Bu barədə çərşənbə axşamı jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.

"Əslində dünən və bu gün Brüsseldə bununla bağlı görüşlər keçirilib və bildiyimə görə, bu görüşlər uğurlu keçib və biz viza rejiminin sadələşdirilməsi və readmissiya məsələsi üzrə daha da yaxınlaşırıq. İş tamamilə bitməyib, lakin ümid edirəm ki, nəticələri tez bir zamanda görəcəyik", - o bildirib.

Kobia qeyd edib ki, bu yaxınlarda Aİ komissarlarının regiona səfərləri də nəzərdə tutulur.

"Yaxın həftələrdə, aylarda komissarların səfərləri planlaşdırılır. Çox güman ki, bu, komissar Füle və komissar Ottingerin səfərləri olacaq, amma başqa komissarlar da ola bilər", - o deyib.

Kobia səfərlərin tarixini dəqiqləşdirməyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.