ABŞ KXDR-ə qarşı yeni maliyyə sanksiyaları tətbiq edəcək
12 mart, 2013 01:09
ABŞ KXDR-in iqtisadi fəaliyyətinin daha çox asılı olduğu Xarici Ticarət Bankına qarşı birtərəfli şəkildə yeni maliyyə sanksiyaları tətbiq edəcək. RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Tomas Donilon bildirib.
"ABŞ-ın maliyyə nazirliyi KXDR-in kütləvi qırğın silahları proqramına dəstək verən Xarici Ticarət Bankına - ölkənin əsas xarici ticarət bankına - qarşı sanksiya tətbiq edəcək" - deyə Donilon əlavə edib.
Onun sözlərinə görə, ABŞ düşünür ki, bundan sonra Çin də daxil olmaqla, heç bir ölkə artıq region ölkələri üçün təhlükə törədən KXDR ilə "adi qaydada" ticarət əməliyyatları apara bilməyəcək.