ABŞ administrasiyası Venesuelanın bu ölkədəki diplomatik missiyasının iki əməkdaşının "persona non-qrata" elan edilməsi haqqında qərar qəbul edib. RBK-ya istinadən yaydığı məlumatda deyilir ki, Vaşinqtonun bu addımı martın 6-da Karakasdan iki ABŞ diplomatının qovulmasına cavab addımıdır.
Məlumata görə, Venesuelanın ABŞ-dakı səfirliyinin əməkdaşları Orlando Xose Montanes Olivares və Viktor Kamakaro Mata hələ ötən həftənin əvvəlində ABŞ-ı tərk etməklə bağlı göstəriş alıblar. Lakin diplomatları ABŞ-ı martın 10-da tərk ediblər.
Ekspertərin fikrincə, bu hadisə iki ölkə arasındakı sərin münasibətləri daha da pisləşdirəcək.
Xatırladaq ki, Venesuelanın prezident səlahiyyətlərini icra edən Nikolas Maduro casusluqla məşğul olan iki ABŞ diplomatının ölkədən çıxarılması haqqında qərar verib.
Məlumatlara görə, qovulanlardan biri hərbi atteşenin polkovniki Devid Delmonako olub.