Xəbərlər

Türkiyə səfiri Gəncədədir
11 mart, 2013 23:04

 

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun və onun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir. Qonaqlara Gəncənin tarixi, sosial-iqtisadi imkanları və həyata keçirilməsi planlaşdırılan layihələr barədə məlumat verilib.

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfirlə görüşündə Gəncənin Türkiyə ilə sıx əməkdaşlığının vacibliyini vurğulayıb, bundan sonra da əlaqələrin genişlənəcəyinə əmin olduğunu bildirib. Səfir isə öz növbəsində Gəncənin gözəl bir şəhər olduğunu və 5 ay içərisində xeyli dəyişdiyini diqqətə çatdırıb. Görüşdə Türkiyə və Azərbaycan arasında, xüsusilə Gəncə şəhərində hansı sahələrdə işbirliyinin mümkünlüyü müzakirə edilib, hər iki ölkənin öz təcrübələrini bir-biri ilə bölüşməsi önə çəkilib.

"Türkiyəli və azərbaycanlı investorların birlikdə investisiya qoymaları barədə danışdıq. Yaxın vaxtlarda bu hədəflərə nail olmaq üçün konkret addımlara atmağı planlaşdırırıq. Gəncə şəhəri həm Azərbaycan tarixi, həm də türk dünyası üçün hamımızın ürəyində olan çox qədim və önəmli şəhərdir", - İsmayıl Alpər Coşqun deyib.

Səfir Türkiyənin Gəncədə bütün sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, Gəncənin Atatürk prospektində aparılan quruculuq işlərini də yüksək qiymətləndirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.