Azərbaycanlı deputat Avropada dini icmalara qarşı zorakılıq məsələsinin müzakirəsində iştirak edəcək
11 mart, 2013 22:47
Azərbaycan millət vəkili, Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sabir Hacıyev Mərakeşin Rabat şəhərində martın 12-dən 15-dək keçiriləcək qurumun Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak edəcək.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Avropada dini icmalara qarşı zorakılıq, Avropa Şurası Parlament Assambleyasının Mərakeş parlamenti ilə demokratiya üzrə tərəfdaşlığının qiymətləndirilməsi, Yaxın Şərqdə vəziyyət və digər məsələlər müzakirə olunacaq.
Həmçinin, Əfqanıstandan narkotik maddələrin axınının güclənməsi Avropada təhlükəsizliyə təhdid kimi nəzərdən keçiriləcək.