Azərbaycan Prezidenti Xorvatiyaya rəsmi səfərə yola düşüb
10 mart, 2013 22:12
Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Xorvatiya Respublikasına rəsmi səfərə yola düşüb.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.