Bu gün ABŞ-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək
10 mart, 2013 22:00
Bu gün ABŞ yay vaxtına keçir. RBK-ya istinadən yaydığı xəbərdə deyilir ki, bununla əlaqədar olaraq, ölkədə saatların əqrəbləri 1 saat irəli çəkiləcək.
Beləliklə də, ABŞ-ın şərq hissəsilə Bakı arasında vaxt fərqi 8 saat olacaq.
Qeyd edək ki, ABŞ-da yay vaxtına keçid heç də bütün ştatlara aid deyil.