Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Temperatur gecə 3°-5° isti, gündüz 10-12° isti olacaq.
Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi 775 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında, əsasən, yağmursuz olacaq.
Havanın temperaturu gecə 1-6° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 10-15°, bəzi yerlərdə 17°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən, yağmursuz olacaq.
Havanın temperaturu gecə 5°-10° şaxta, gündüz 3°-8°, bəzi yerlərdə 10°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaq. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15°, bəzi yerlərdə 17°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, yağmursuz olacaq. Səhər dağlarda duman gözlənilir. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Tibbi-meteoroji prognoz
Martın 8-10-dək Abşeron yarımadasında nisbət sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.