Xəbərlər

Yunanıstan Azərbaycan investorlarını özəlləşdirmə kampaniyasında iştiraka dəvət edir
07 mart, 2013 23:54

 

2013-cü ilin I yarısında Afinada ticari-iqtisadi əməkdaşlıq üzrə Yunanıstan-Azərbaycan hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi gözlənilir. Bu barədə cümə axşamı Yunanıstan xarici işlər nazirinin birinci müavini Dimitros Kurkulas Azərbaycana səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda ölkələr hökumətlərarası komissiyanın iclasının keçirilmə tarixini razılaşdırırlar.

Kurkulas deyib ki, Azərbaycana səfərinin məqsədi iqtisadi əməkdaşlığın yeni istiqamətlərinin axtarışıdır.

"Görüşlər zamanı Azərbaycan tərəfinin diqqətinə çatdırılıb ki, son 3 il ərzində Yunanıstanda müşahidə edilən böhran artıq başa çatır. 2014-cü ildə iqtisadiyyatın artımının daha müsbət göstəricilərini gözləyirik", - Kurkulas qeyd edib.

Onun sözlərinə görə, Yunanıstan öz iqtisadiyyatında Azərbaycan investisiyalarını görməkdən şaddır və Azərbaycan şirkətlərinin Yunanıstan hökumətinin keçirdiyi geniş özəlləşdirmə kampaniyasında iştirakını alqışlayır.

Kurkulasın sözlərinə görə, ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün davamlı normativ-hüquqi baza yaradılıb, 20 hökumətlərarası saziş, o cümlədən ikiqat vergitutmanın ləğvi haqqında saziş imzalanıb.

"Biz Azərbaycan üçün prioritet olan qeyri-neft sektorunda, xüsusilə, əzçalıq, tikinti, turizm, kənd təsərrüfatı və ərzaq sektorunda iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlmişik", - Kurkulas deyib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.