Xəbərlər

"Azerfon" AZAL-ın təyyarəsinin göyərtəsində mobil rabitənin işini nümayiş etdirib
07 mart, 2013 23:49

 

"Azerfon" mobil rabitə operatoru "Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) Bakı-Kiyev-Bakı marşrutu üzrə hərəkət edən "Airbus A320" təyyarəsinin göyərtəsinə mobil rabitənin işini nümayiş etdirib.

"Azerfon" şirkəti GSM şəbəkəsinin işini nümayiş etdirmək üçün xüsusi olaraq bu gün KİV nümayəndələrinin iştirakı ilə press-tur təşkil edib. Tur zamanı KİV əməkdaşlarına "NarMobile" nömrələri təqdim edilib.

Mobil rabitə təyyarə 4 min metr hündürlüyə çatarkən aktivləşdirilib.

"Airbus A 320" təyyarəsinin göyərtəsində mini baza stansiya quraşdırılıb, həmin stansiya təyyarə 4 min metr hündürlüyə çatarkən işə düşür. Peykin köməyi ilə bu stansiya yerə siqnal ötürür, yerdən isə bilavasitə "Azerfon" şəbəkəsinə göndərilir.

Uçuş zamanı peyk sistemi telefonla yerli baza stansiyaları ilə birbaşa əlaqə qurmağa imkan vermir, buna görə də mobil telefondan siqnalın ötürülməsi təyyarənin göyərtəsindəki sistemlərin təhlükəsiz işinə mane olmur.

Səs rabitəsi və Wi-Fi üzrə şəbəkəyə qoşulma ani və maneəsiz həyata keçirilir.

Göyərtədə mobil rabitə Beynəlxalq Mülki Aviasiya Təşkilatı və təyyarə istehsalçıları tərəfindən tam sertifikatlaşdırılıb.

Göyərtə avadanlığı (1800 MHs dalğasında işləyən) siqnalı "Inmarsat" peykinə yönəldir, oradan isə siqnal Avropada yeganə yerüstü "OnAir" stansiyasına daxil olur. Bu stansiya Amsterdamda yerləşir. "OnAir"in yerüstü infrastrukturu siqnalı təyinatı üzrə sərnişinin trafikinə göndərir. Rabitə təyyarə enərkən və qalxarkən avtomatik olaraq dayanır.

"Inmarsat Swift Broadband" (SBB) qlobal peyk şəbəkəsi okeanlar üzərindən siqnalın genişmiqyaslı əhatəsini təmin edir.

Təcrübə göstərir ki, SBB-nin imkanları sərnişinlərin mövcud ehtiyaclarını üstələyir.

"Inmarsat Global Xpress" (ka-band) sayəsində sistemi müasirləşdirmək və SBB kanallarının sayını 2-dən 4-dək artırmaq olar ki, bu da gələcək ehtiyaclar üçün kifayətdir.

"OnAir" şirkətinin Şimali və Şərqi Avropa və MDB ölkələri üzrə Satış və inkişaf departamentinin rəhbəri Daniel Frolinin sözlərinə görə, eniş və uçuşun kritik mərhələləri istisna olmaqla təyyarədə GSM standartlı rabitədən uçuş ərzində istifadə etmək olar.

"OnAir"in unikal telekommunikasiya şəbəkəsinin imkanları və rouminq haqqında saziş sayəsində rabitədən dünyanın istənilən nöqtəsində istifadə etmək olar.

Froli deyib ki, "OnAir"in statistikasına əsasən, abonentlərin 42 faizi elektron poçt xidmətindən, 47 faizi SMS xidmətindən və 11 faizi səsli zəglərdən istifadə edir.

"Aktiv" sərnişinlərin 74 faizi uçuş zamanı smartfonlardan istifadə edir. Hazırda rabitə xidmətindən "Egyptair", "British Airways", "Azerbaijan Airlines", "Aeroflot", "Emirates", "Etihad Airways", "Hong Kong Airlines", "Qatar Airways", "Saudi Arabian Airlines" və digər aviaşirkətlərin təyyarələrində istifadə etmək olar.

Rabitə xidmətinə görə tariflər şirkətin respublikadan kənarda abonentlərinə göstərdiyi rouminq xidmətinin tariflərinə uyğundur.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin sözlərinə görə, hazırda rabitə xidmətindən aviaşirkətin 5 təyyarəsində istifadə etmək olar. Yayadək xidmət şirkətin 9 təyyarəsində, 2014-cü ildə isə AZAL-ın bütün təyyarələrində tətbiq ediləcək.

"May ayından etibarən "Embraer" markalı 7 təyyarə almağı planlaşdırırıq. Həmçinin, iki ədəd "Airbus 340" təyyarəsinin alınması nəzərdə tutulub, onlardan biri artıq Bakıya çatdırılıb və sınaq uçuşları keçirilir. Bundan əlavə, 2014-cü ildə iki ədəd "Boeng 787" təyyarəsinin alınması planlaşdırılır, həmin təyyarələrlə ABŞ, Cənubi və Şərqi Asiya və Avropanın bəzi ölkələrinə reyslər həyata keçiriləcək. Mobil rabitədən bütün reyslərdə istifadə etmək mümkün olacaq", - Səfərli deyib.

"Azerfon" şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar şöbəsinin müdiri Nigar Arpadarai bildirib ki, AZAL-ın təyyarələrinin göyərtəsində göstərilən rabitə xidməti tam təhlükəsizdir. "Azerfon" şəbəkəsinin abonentləri səsli xidmət və SMS-lərin göndərilməsi xidmətindən başqa, məlumatın ötürülməsi xidmətindən istifadə edirlər.

"Güman edirəm ki, mobil rabitə xidməti abonentlərin əksəriyyəti, xüsusən, iş adamları üçün çox vacibdir. Çünki belə insanlar üçün daim əlaqədə olmaq əhəmiyyətlidir", - Arpadarai deyib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.