Xəbərlər

"Şimal" stansiyası Abşeron yarımadasının enerji təhlükəsizliyini möhkəmləndirəcək
07 mart, 2013 23:45

 

"Şimal" elektrik stansiyası Azərbaycan və Yaponiya arasında uğurlu əməkdaşlıq və dostluq münasibətlərinin ən parlaq nümunələrindən biridir.  Bu barədə Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe press-tur zamanı bildirib.

Press-tur "İnkişaf məqsədilə rəsmi yardım proqramı" çərçivəsində həyata keçirilən layihələrlə tanışlıq üçün təşkil edilib.

Press-tur zamanı "Azərenerji" ASC-nin Elektrik enerjisinin hasilatı idarəsinin rəhbəri Elçin Məmmədov jurnalistləri stansiyanın ikinci 409 meqavatlıq buxar qazı blokunun tikintisi çərçivəsində stansiyada aparılan işlərlə tanış edib.

Qeyd edilib ki, ikinci blok Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.

Məmmədovun sözlərinə görə, artıq 2014-cü ildə ikinci blok vasitəsilə elektrik enerjisinin kommersiya istehsalına və müvafiq olaraq onun paylayıcı şəbəkəyə verilməsinə başlanılacaq. İdarə rəhbəri, həmçinin soyuducu sisteminin işi üçün zəruri olan dəniz suyunun yeni hasar sistemi haqqında bəhs edib. Bu sistem suyun donması və qum, yosun və digər tullantılarla çirklənməsi problemini həll etməyə imkan verəcək.

Yaponiyanın Azərbaycandakı səfiri qeyd edib ki, ikinci qurğunun tikintisi üçün Yaponiya tərəfi 10 illik güzəşt və illik 0,75 faiz dərəcəsi ilə 40 il müddətinə 274 milyon dollar həcmində güzəştli kredit verib.

Press-tur zamanı jurnalistlər Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli məktəbə, Bakının Xətai rayonundakı 2 nömrəli peşə məktəbinə baş çəkiblər. Hər iki məktəb Yaponiyanın "Ot kökləri və insan təhlükəsizliyi" rəsmi yardım proqramı çərçivəsində tikilib. Qeyd edilib ki, bu proqram çərçivəsində Azərbaycanda 166 layihə həyata keçirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.