Xəbərlər

Azərbaycanın ixrac imkanları Əfqanıstanın iş adamlarına təqdim olunub
06 mart, 2013 23:08

 

Əfqanıstanın mərmər istehsalı, səhiyyə, aviasiya və İTK sahəsində fəaliyyət göstərən iş adamlarından və rəsmi qurumlarından ibarət nümayəndə heyəti Bakıda səfərdə olub.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 6-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib, həmçinin Azərbaycanın biznes və investisiya mühitinə, Əfqanıstana ixrac imkanlarına və AZPROMO-nun fəaliyyətinə dair təqdimat keçirilib.

Əfqanıstan Ticarət və Sənaye Palatasının baş katibinin birinci müavini Xan Can Alokozai Əfqanıstanın biznes mühiti və investisiya imkanları barədə məlumat verib, Əfqanıstan və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb, ölkələrimiz arasında əməkdaşlıq üçün konkret sahələr barədə təkliflərini səsləndirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.