Düşənbə-Bakı aviareysi bərpa edilir
06 mart, 2013 22:57
Tacik Eyr" aviaşirkəti martın 7-dən etibarən Bakıya birbaşa reysləri bərpa edir. Bu barədə çərşənbə günü aviaşirkətin saytına istinadən məlumat verir.
Bakıya uçuşlar hər cümə axşamı "Boeing-737" təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə Düşənbədən yerli vaxtla saat 22:30-da havaya qalxacaq.
"Uçuşun müddəti 2 saat 30 dəqiqədir. Biletin qiyməti 240 avrodan başlayır. İlk reys martın 7-nə nəzərdə tutulub", - məlumatda deyilir.