Xəbərlər

Riçard Morninqstar məcburi köçkünlərin məskunlaşdığı bir neçə icmaya səfər edib
05 mart, 2013 22:48

 

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda və şəhər ətrafında məcburi köçkünlərin məskunlaşdığı bir neçə icmaya səfər edib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən  verilən məlumata görə, səfir icmalardakı həyat şəraiti və sakinlərlə yaxından tanış olmaq üçün icmalara baş çəkib.

Morninqstar əvvəlcə Binəqədi rayonundakı məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya, sonra isə məcburi köçkünlər üçün inşa edilmiş məktəbə gəlib.

Səfir Müşfiqabad qəsəbəsinə səfər edərək yerli sakinlərlə görüşüb, tezliklə məcburi köçknülərin ixtiyarına veriləcək məktəbə baş çəkib və ərazidə həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov səfiri və onun rəhbərlik etdiyi nümayəndə heyətini səfər ərzində müşayiət edib.

Səfər ərzində səfir Morninqstar 90-cı illərdə bir neçə çadır düşərgəsinə baş çəkdiyini və bunun bütün azərbaycanlılar üçün necə çətin bir məsələ olduğunu anladığını bildirib.

"Mən bilirəm ki, Azərbaycan hökuməti məcburi köçkünlərə və qaçqınlara kömək etmək üçün çoxlu işlər görüb. Mən şadam ki, Birləşmiş Ştatlar və müxtəlif beynəlxalq təşkilatlar da köçkünlərə və qaçqınlara öz köməyini göstəriblər. Dağlıq Qarabağ münaqişəsini mümkün qədər tez həll etmək və müxtəlif icmalarda müvəqqəti məskunlaşan bu ailələrə öz evlərinə qayıtmaq imkanı vermək vacibdir", - səfir bildirib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.