Xəbərlər

Masallı şəhərinin ərazisi yeddi dəfədən çox böyüyüb
05 mart, 2013 22:30

 

Azərbaycanın Masallı şəhərinin ərazisi yeddi dəfədən çox böyüyüb.

Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.

Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib ki, qanun layihəsinə əsasən, Masallı rayonunun tərkibində olan Dadva, Digah, İskəndərli və Seybəyin kəndləri, eyni zamanda, Bambaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül və Təklə kəndləri ləğv edilərək Masallı şəhərinin tərkibinə daxil edilir.

Onun sözlərinə görə, bu kəndlər dövlət reyestrindən çıxarılır. Bundan əlavə, Masallı şəhərinə yaxın olan 9 kəndin ərazisindən 600 hektar ərazi alınaraq şəhərin tərkibinə qatılır. Bununla da Masallı şəhərinin ərazisi 300 hektardan 2500 hektara qədər genişlənmiş olur.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.