Xəbərlər

Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfirini qəbul edib
05 mart, 2013 22:24

 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri İnayat Ullah Kakarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Elmar Məmmədyarov iki ölkə arasında mövcud olan yüksək səviyyəli dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluq bildirib və səfirin ölkəmizdə fəaliyyəti müddətində bu münasibətlərə verdiyi töhfəni yüksək qiymətləndirib.

Nazir, həmçinin, ölkəmizin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda qarşılıqlı münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırmışdır. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə Pakistan dövlətinə təşəkkür edib və səfir İnayat Ullah Kakara gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir İnayat Ullah Kakar öz növbəsində yüksək səviyyəli münasibətlərdən məmnunluq bildirərək, bu əlaqələrin müxtəlif sahələr üzrə genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.

Ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsində daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və bundan sonra da istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində bu dəstəyi davam etdirəcəklərini vurğulayıb.

Pakistan səfiri ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib və bir daha ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.