Xəbərlər

İntizamsızlığa görə "Qarabağ"a qarşı ciddi sanksiya tətbiq edildi
05 mart, 2013 22:17

 

AFFA İntizam Komitəsi "Qarabağ" klubuna sərt cəza tətbiq edib.

Trend-in məlumatına görə, buna Premyer Liqanın XXII turunun "Qarabağ" - "İnter" matçı başa çatdıqdan sonra baş verən hadisələr səbəb olub. İntizam Komitəsinin qərarında deyilir ki, dəhlizdə insident baş verib və polis tərəfindən aradan qaldırılıb.

Qərarda bildirilir ki, ictimai asayiş təmin olunmadığı üçün meydan sahibi klub 5000 manat cərimə olunsun. Stadionda baş vermiş intizamsızlığa görə meydan sahibi klub bir Premyer Liqası ev oyununu azarkeşsiz keçirəcək və klub 8000 manat cərimə olunacaq.

Premyer Liqa və I divizion klubları oyunlar zamanı təhlükəsizliyi maksimum dərəcədə təmin etmək tapşırılıb.

Qeyd edək ki, İntizam Komitəsi bu qərarı ilə "Qarabağ" martın 30-da Premyer Liqanın 24-cü turunda "Qəbələ" ilə ev oyununu azarkeşlərin iştirakı olmadan keçirəcək.

Xatırladaq ki, oyundan sonra "İnter" komandasının bəzi oyunçuları mülki şəxslər tərəfindən fiziki təzyiqə məruz qalıb. Mülki şəxslər arasında "Qarabağ" komandasının kapitanı Rəşad Sadıqovun qardaşı da olub.

İnsidentə səbəb "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla hələ oyunun gedişində "İnter"in braziliyalı hücumçusu Robertinyo arasında toqquşma olub.

İnsident zamanı "İnter" klubunun bir neçə oyunçusu xəsarət alıb.

"İnter"in baş direktor müavini Səbuhi Səfiyarlı əvvəl  bildirmişdi ki, futbolçular paltardəyişmə otağına gedərkən mülki geyimli şəxslərin hücumuna məruz qalıb. O, konkret olaraq Robertinyoya bir neçə zərbə endirildiyini deyib. Onun sözlərinə görə, bundan başqa, "İnter"in futbolçularından Fuad Bayramov, Nizami Hacıyev də xəsarət alıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.