Magistraturaya imtahan vermiş bakalavrlar üçün Apelyasiya Komissiyası yaradılıb
05 mart, 2013 22:14
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali təhsil müəssisələrinin magistratura səviyyəsinə imtahan vermiş bakalavrlar üçün Apelyasiya komissiyası yaradılıb.
Komissiyadan çərşənbə axşamı verilən məlumata görə, 2013-2014-cü tədris ili üçün qəbul imtahanının martın 3-də keçirilmiş birinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası sabahdan fəaliyyətə başlayır.
Bakalavrlar Apelyasiya komissiyasına martın 7-dək şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.