Xəbərlər

NATO-nun dəniz nəqliyyatı sahəsi üzrə ekspertləri Azərbaycanda səfərdədirlər
05 mart, 2013 21:59

 

Azərbaycanın NATO ilə əməkdaşlığı çərçivəsində martın 4-8-də Azərbaycan ərazisində dəniz təhlükəsizliyi sisteminin vəziyyətinin qiymətləndirilməsi, o cümlədən gəmilərin mövcud üzmə rejiminin və liman vasitələrinin mühafizəsinin təkmilləşdirilməsi, habelə gəmilərin hərəkətlərinə nəzarət mexanizmlərinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərlə tanış olmaq məqsədilə NATO-nun dəniz nəqliyyatı sahəsi üzrə ekspertlərdən ibarət qiymətləndirmə qrupu respublikamıza səfəri həyata keçirilir.

Səfər çərçivəsində bu gün Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəhbərliyi ilə görüş keçirilib. Görüş zamanı Administrasiyanın rəisi Qüdrət Qurbanov son illər ərzində Azərbaycanın digər sahələrlə yanaşı, dəniz nəqliyyatı sahəsində də əldə etdiyi uğurlardan söhbət açaraq, bunun bariz numunəsi kimi Administrasiyanın nəzdində Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin yaradılmasını qeyd edib.

ARDDA-nın mətbuat xidmətindən  verilən məlumata görə, qonaqlar Milli Mərkəzin fəaliyyəti ilə tanış olarkən onlara Mərkəzin funksiyalarına Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və koordinasiyanın təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyniadlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsinin daxil olmasına dair məlumat verilib.

Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə keçirilən geniş tərkibli görüşdə Administrasiyanın fəaliyyətinin bir çox istiqamətləri üzrə məsləhətləşmələr aparılıb.

Səfər zamanı NATO ekspertlərinin, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və "Dübəndi" neft terminalının fəaliyyəti ilə tanışlığı nəzərdə tutulub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.