Xəbərlər

Azərbaycanın təhsil naziri Dubayda keçirilən beynəlxalq konfransda iştirak edir
05 mart, 2013 21:54

 

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov "British Council" təşkilatı tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş "Ali təhsildə qloballaşmaya doğru - 2013-cü il" adlı beynəlxalq konfransda iştirak edir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı  verilən məlumata görə, beynəlxalq konfransa dünyanın 70-dən çox ölkəsindən 1400 təhsil eksperti, təhsil nazirləri, təhsili idarəetmə qurumlarının əməkdaşları və elm adamları qatılıb.

"Ali təhsildə qloballaşmaya doğru - 2013-cü il" adlı beynəlxalq konfransın 3 gün davam etməsi nəzərdə tutulur.

Nazir konfrans çərçivəsində "British Council" təşkilatının Avropa üzrə regional direktoru Maykl Börd ilə görüşüb. Görüşdə Azərbaycanda "British Council" təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi, təhsildə İKT-nin tətbiqi, distant təhsil, ingilis dilinin tədrisi, ingilis dili müəllimlərinin ixtisasının artırılması və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, dünyada ən geniş yayılmış təhsil şəbəkəsi olan "British Council" təşkilatı təhsil sahəsi üzrə dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Azərbaycanla sıx əməkdaşlıq edən "British Council" ölkəmizdə təhsilin müxtəlif pillələri üzrə beynəlxalq əlaqələrin inkişafına və ingilis dilinin tədrisinə dəstək verir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.