Xəbərlər

İlham Əliyev Avstriyanın Milli Şurasının ikinci prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
05 mart, 2013 21:50

Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də Avstriyanın Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Avstriya Prezidenti Haynts Fişerin Azərbaycana səfərini və səfər zamanı aparılan müzakirələri məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı marağın yüksək səviyyədə olduğunu qeyd edib.

Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini vurğulayan dövlət başçısı Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin ölkəmizə səfərinin uğurlu olacağına və əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauer Prezident Haynts Fişerin salamlarını İlham Əliyevə çatdırıb. Son 20 ildə ölkələr arasında münasibətlərin yüksək templərlə inkişaf edərək hazırkı səviyyəyə qalxdığını vurğulayan qonaq 2010-cu ildə Avstriyanın Azərbaycanda səfirliyinin açılmasını və 2011-ci ildə Prezident Haynts Fişerin böyük nümayəndə heyəti ilə ölkəyə səfər etməsini bunun bariz nümunəsi kimi dəyərləndirib. Fritz Neugebauer ikitərəfli münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb.

Görüşdə Avstriya şirkətlərinin Azərbaycanda həyata keçirilən müxtəlif layihələrdə iştirakının önəmi qeyd olunub, ölkələr arasında iqtisadi, enerji, informasiya və kommunikasiya texnologiyaları, turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb, əlaqələrin sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə əminlik ifadə olunub.

Dövlətimizin başçısı Prezident Haynts Fişerin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avstriya dövlətinin başçısına çatdırılmasını xahiş edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.