Prezident İlham Əliyev Sədərək rayonuna yeni icra başçısı təyin edib
04 mart, 2013 22:09
Prezident İlham Əliyev Həbib Hüseyn oğlu İbrahimovun Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Abbasqulu Cəfərqulu oğlu Abbasov Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.