Litvanın xarici işlər naziri Bakıda danışıqlar aparacaq
04 mart, 2013 21:59
Litvanın xarici işlər naziri Linas Linkyaviçyus martın 5-də Bakıya rəsmi səfərə gələcək. Bu barədə bazar ertəsi Litvanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Səfirlik əməkdaşlarının sözlərinə görə, Linkyaviçyus martın 6-da Azərbaycan rəhbərliyi və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaq.
Danışıqlar zamanı regional və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.