Xəbərlər

Bakının "İnter" komandasının oyunçuları döyülüblər
03 mart, 2013 22:07

 

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"la "İnter" arasında keçirilən Premyer Liqanın 22-ci turunun oyunundan sonra dava düşüb.

 Hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, oyundan sonra "İnter" komandasının bəzi oyunçuları mülki şəxslər tərəfindən fiziki təzyiqə məruz qalıb. Mülki şəxslər arasında "Qarabağ" komandasının kapitanı Rəşad Sadıqovun qardaşı da olub.

İnsidentə səbəb "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla hələ oyunun gedişində "İnter"in braziliyalı hücumçusu Robertinyo arasında toqquşma olub.

İnsident zamanı "İnter" klubunun bir neçə oyunçusu xəsarət alıb.

"İnter"in baş direktor müavini Səbuhi Səfiyarlı Trend-ə bildirib ki,futbolçuları paltardəyişmə otağına gedərkən mülki geyimli şəxlərin hücumuna məruz qalıb. O, konkret olaraq Robertinyoya bir neçə zərbə endirildiyini deyib. Onun sözlərinə görə, bundan başqa, "İnter"in futbolçularından Fuad Bayramov, Nizami Hacıyev də xəsarət alıb.

Oyundan sonra Rəşadovun qardaşının da polis tərəfindən saxlanıldığı bildirilir.

Bu insident səbəbindən "İnter"in baş məşqçisi Kaxaber Szadadze oyundan sonra keçirilən mətbuat konfransına qatılmayıb. O, bunu futbolçularının fiziki təzyiqə məruz qalması ilə əlaqələndirib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib ki, o, davaya şahid olmasa da, Kaxaber Sxadadze ona futbolçularının döyüldüyünü deyib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.