Xəbərlər

Moskvada tanınmış Azərbaycan yazıçısı Yunus Oğuzun “Əmir Teymur dünyanın hakimi” kitabının təqdimatı olub
03 mart, 2013 22:05

 

Moskvadakı "Qoqol Evi" Muzeyində tanınmış Azərbaycan yazıçısı Yunus Oğuzun "Əmir Teymur dünyanın hakimi" kitabının təqdimatı olunub. 

"Əmir Teymur dünyanın hakimi" romanı yazıçının "Teymur" silsilə romanlarından rus dilinə tərcümə olunmuş ikinci kitabıdır. Əsəri rus dilinə Əli Səidov tərcümə etmişdir.

Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı ziyalıların, habelə ictimai təşkilatların rəhbərlərinin və Rusiya ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində çıxış edən Yunus Oğuz Əmir Teymurun təkcə türk dünyasında deyil, Avropada və Rusİyada da böyük maraq doğuran tarixi şəxsiyyət olduğunu bildirmişdir. O, demişdir ki, Əmir Teymur haqqında ətraflı müzakirələr bu gün də davam edir və təqdim olunan kitabda sərkərdənin tarixi şəxsiyyəti yeni rakursdan rus oxucularına təqdim edilmişdir. Əsər geniş oxucu kütləsi, o cümlədən hərbi tarix və orta əsrlər tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Türkoloq alim və tarixi romanlar müəllifi Yunus Oğuzun indiyədək "Atilla" pyesi, "Nadir şah", "Təhmasib şah" və "Qədim türklər və "Pasionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Türkün tarixinə yeni baxış", "Qədim Anadolu və Azərbaycan türkləri" və digər kitabları nəşr edilmişdir. 2010-cu ildə "Nadir şah", "Təhmasib şah", "Atilla" və "Qədim türklər və "Pasionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında" kitabları Türkiyədə böyük tirajla çap olunmuşdur.

Müəllifin "Nadir şah" romanı isə 2010-cu ildə Londonda ingilis dilində oxuculara çatdırılmışdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.