Xəbərlər

Müxalifət Ollandan Fransanın AB-dən çıxması üçün referendum keçirməsini tələb etdi
03 mart, 2013 21:57

 

Fransanın ana müxalifət partiyası olan Milli Cəbhənin lideri Marin Le Pen prezident Fransua Ollandan Fransanın AB-dən çıxması üçün referendum keçirməsini tələb edib. İTAR-TASS-a istinadən verdiyi məlumatda bildirilir ki, sağçıların lideri hakimiyyət qarşısında Avropa Parlamentinə keçiriləcək növbəti seçkilərə, 2014-cü ilin yanvar ayına qədər vaxt verib.

AB-yə münasibətdə radikal mövqe tutan Marin Le Pen indiki vaxtda bu cür təşəbbüslə çıxış etməsi də səbəbsiz deyil. Avrozona da böhranın dərinləşməsi fonunda artıq avroskeptiklərin proqnozlarının özünü doğrultması müşahidə olunur. Buna misal olaraq isə İtaliyada keçirilmiş parlament seçkilərində ölkənin AB-dən çıxarılmasının tərəfdarları olan populistlərin, xüsusilə də, Beppe Qrillonun dəstəklənməsi göstərilir.

"Biz düşünürük ki, hökumət qarşısındakı problemlərin öhdəsindən gəlmək imkanında deyil. Problemlərin çoxu isə AB-dən gəlir. Ona görə də, fransız seçicilərinə müraciət etməyi təklif edirik" - deyə Marin Le Pen əlavə edib.

Onun fikrincə, Bolqarıstanın və Rumıniyanın şengen zonasına daxil olması da Fransanın vəziyyətini ağırlaşdıracaq.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.