Xəbərlər

Qaz kəmərinin inşası üzrə İran-Pakistan konsoriumu gələn həftə fəaliyyətə başlayacaq
03 mart, 2013 21:50

 

Uzun müddətdir ki, təxirə salınan, İranla Pakistanı birləşdirən qaz kəmərinin inşası üzrə İran-Pakistan konsoriumu gələn həftə fəaliyyətə başlayacaq.

 Konsorsiumun fəaliyyətə başlama vaxtı Pakistan prezidenti Asif Əli Zərdarinin Tehranda iranlı rəsmilərlə keçirdiyi görüşdən sonra bəlli olub.

İran tərəfində qaz kəmərinin çəkilişi ilə bağlı işlər demək olar ki, yekunlaşıb. Lakin, layihənin reallaşdırılmasında Pakistanın maliyyə çətinlikləri var.

İran və Paksitan ikincinin ərazisində layihənin reallaşdırılmasının maliyyələşdirilməsi üçün plan da hazırlayıblar.

Əldə olunmuş razılaşmaya görə, Tehran Pakistan ərazisində çoxmilyardlı layihənin reallaşdırılması üçün İranın Tadbir Energy Development Group şirkətinə 500 milyon dollar vəsait ayıracaq.

İlkin mərhələdə İran 250 milyon dollar yardım ayıracaq, sonradan isə məbləği 500 milyon dollara qədər artıracaq.

Ötən ay İslamabadda əldə edilmiş razılaşmaya əsasən, Pakistan qaz kəmərinin açılından sonra ayrılmış vəsaiti geri qaytaracaq.

Proqnozlara görə, qaz kəməri 2014-cü ildə istismara veriləcək.

1.2-1.5 milyard dollar həcmində dəyərləndirilən İran-Pakistan qaz kəməri ildə 21.5 milyard kubmetr qaz nəql edəcək.

Qeyd edək ki, İran artıq öz ərazisinə düşən qaz kəmərinin 900 kilometrini inşa edib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.