Xəbərlər

Beyonse Bakıda eksklüziv konsert proqramı ilə çıxış edəcək
03 mart, 2013 21:40

 

Dünya şöhrətli müğənni Beyonse Bakıda eksklüziv konsert proqramı ilə çıxış edəcək. Bu barədə konsertin təşkilatçıları məlumat verib.

Bu məqsədlə gələn həftə dünyaca məşhur menecer prodüser Marsel Avram ilk dəfə Bakının qonağı olacaq. Marsel Avramın Bakıya səfərinin məqsədi dünya ulduzlarının Azərbaycanda konsertlərinin və beynəlxalq tipli layihələrin həyata keçirilməsidir. Marsel Avramın Bakıya səfəri "Səs Organization"un rəhbəri Nahid Emiloğlunun təşkilatçılığı ilə həyata keçirilir.

Marsel Avram səfər zamanı bir sıra görüşlər və mətbuat konfransı (martın 5-də saat 15:00-da "Four Seasons Hotel Baku"da) keçirəcək. Mətbuat konfransı Azərbaycanda layihələrin reallaşdırılmasına və Beyonsenin Bakıdakı konsertinə həsr olunacaq.

40 illik fəaliyyəti ərzində Marsel Avramın birgə çalışdığı dünya məhşurları sırasında Maykl Cekson, Pink Floyd, U2, Rolling Stones, Madonna, Rod Stewart, Prince, Bon Covi, Selin Dion, Elton Con, Tina Turner, The Who, Deep Purple və Ozzi Ozborn var. Eyni zamanda Frenk Sinatra, Semmi Devis kiçik, Barbra Streisand, Tom Cons və Layza Minelli kimi müğənnilər, Plasido Domingo və Xose Karreras kimi klassik ulduzlar, Neil Daymond, Laynel Riçi, Adriano Çelentano və Eros Ramazzotti kimi lirik ifaçılar olub. Onlar öz konsertləri və turlarını ona etibar ediblər və dünya miqyaslı uğura imza atıblar.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.