Xəbərlər

Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi qeyd olunacaq
01 mart, 2013 22:40

 

Prezident İlham Əliyev Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında sərəncam imzalayıb.

2013-cü ildə Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi tamam olur. XIX əsrin ikinci yarısından etibarən baş verən ictimai-siyasi hadisələr fonunda Azərbaycanın mədəni həyatındakı dəyişikliklər ənənəvi xalq teatrının peşəkar dünyəvi teatra çevrilməsinə zəmin hazırladı. O, yarandığı gündən Şərq islam aləminin ilk professional teatr sənəti ocağı kimi öz zəngin repertuarında daim yüksək ideyalı və dərin ictimai məzmunlu əsərlərə geniş yer verdi. Ölkəmizdə indi bütünlüklə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi vardır. Əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmiş vətənpərvər ruhlu yeni nəsillərin formalaşmasında bu teatrın xidmətləri əvəzsizdir.

Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Teatr Xadimləri İttifaqının təklifləri nəzərə alınmaqla, Azərbaycanda peşəkar milli teatrın 140 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.