Xəbərlər

Dövlət Gömrük Komitəsi Əfqanıstan gömrüyü və polisinə hədiyyələr təqdim edib
01 mart, 2013 22:21

 

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Əfqanıstan İslam Respublikasında 2 günlük rəsmi səfərdə olub.

Komitənin mətbuat xidmətindən  verilən məlumata görə, Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Əfqanıstanda olarkən DGK adından Əfqanıstan Gömrük Xidmətinə hədiyyə olaraq 12 ədəd kompüter dəsti, 100 ədəd ingilis və fransız dillərində çap edilən Kəmaləddin Heydərovun müəllifi olduğu "Azərbaycan gömrüyü sabit inkişaf yolunda", Hironori Asakuranın "Gömrük və tariflərin dünya tarixi" adlı kitabları və sair nəşrlər təqdim edilib.

Bundan əlavə, Azərbaycan nümayəndə heyəti Kabul Beynəlxalq Hava Limanında olarkən Azərbaycan Dövlət Gömrük Komitəsi adından Əfqanıstan Gömrük Xidmətinə iki ədəd informasiya köşkü hədiyyə edilib.

Azərbaycan gömrük xidməti tərəfindən, həmçinin narkotik maddələrin aşkarlanması üzrə təlim keçmiş iki ədəd kinoloji xidmət itləri Əfqanıstan Gömrük Xidmətinin xahişi ilə bu ölkənin hava limanında fəaliyyət göstərən polis orqanlarına hədiyyə edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.