Liviyada Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib
01 mart, 2013 22:16
Liviya İnsan Hüquqları Fondu Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycanın Liviyadakı səfirliyindən verilən məlumata əsasən, bəyanatda bəşəriyyət tarixinin ən dəhşətli faciələrindən olan, 1992-ci il fevralın 26-da Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı erməni silahlə qüvvələri tərəfindən törədilmiş amansız və təcavüzkar cinayət əməli qınanıb və kəskin pislənilib.