Xəbərlər

Azərbaycanın qadın boksçuları Almaniyada beynəlxalq turnirə yola düşürlər
28 fevral, 2013 00:05

 

Boks üzrə qadınlardan ibarət milli komandamız 14 gün Qəbələ Olimpiya Kompleksində təlim-məşq toplanışı keçdikdən sonra Bakıya qayıdıb. Komandamız fevralın 28-dən martın 3-dən Almaniyanın Hamburq şəhərində keçiriləcək beynəlxalq turnirə hazırlığını artıq başa vurub.

 Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, orada baş məşqçi Şamil Məhəmmədbəyovun rəhbərliyi altında 7 boksçumuz - Ceyran Dadaşova (48 kq), Anaxanım Ağayeva (51 kq), Alina Hacıyeva (81+kq), Əzizə Abbasova (51 kq), Leyla Həsənova (69 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (81 kq+) mübarizə aparacaqlar. Bu yarışın yekunlarına əsasən 3 boksçumuz apreldə Polşanın paytaxtı Varşavada keçiriləcək Feliks Stamın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə güclərini sınayacaqlar.

Qeyd edək ki, qadın boksçularımız üçün 2013-cü ilin ilk yarısının ən önəmlisi yeniyetmə və gənclər qızlar arasında dünya birinciliyidir. Bu yarışın mayda İtaliyanın Kataniya şəhərində keçirilməsi nəzərdə tutulsa da, təşkilatçı ölkə maliyyə çətinliyinə görə bundan imtina edib. AIBA hazırda dünya birinciliyini keçirmək üçün digər federasiyalarla danışıq aparır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.