Xəbərlər

Gürcüstan Prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə görüşüb
28 fevral, 2013 23:22

 

Fevralın 28-də Azərbaycana rəsmi səfəri çərçivəsində Naxçıvana gələn Gürcüstan Prezidenti Mixeil Saakaşvili Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşüb.

Gürcüstan Prezidentini Azərbaycanın qədim Naxçıvan diyarında salamlamaqdan məmnun olduğunu bildirən Ali Məclisin sədri MR-in statusu, ərazisi, əhalisi, idarəetmə quruluşu, elm və təhsil müəssisələri, sosial-iqtisadi inkişafı barədə ali qonağa ətraflı məlumat verib.

Vasif Talıbov bildirib ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ilə möhkəmlənən Azərbaycan-Gürcüstan dostluq əlaqələri çərçivəsində ölkələrimizin muxtar qurumları olan Naxçıvan ilə Acarıstan arasında münasibətlərin hazırkı səviyyəsi də məmnunluq doğurur. 1921-ci ildə Gürcüstanın da imzaladığı beynəlxalq Qars müqaviləsinə əsasən Azərbaycanın Naxçıvan Muxtar Respublikası təşkil olunub. Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin əsası 2012-ci ilin yanvarında Naxçıvan Muxtar Respublikasının nümayəndə heyətinin Acarıstan Muxtar Respublikasına səfəri ilə qoyulub. Həmin ilin iyununda Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvana səfər edib. Naxçıvan və Acarıstan muxtar respublikaları arasında mədəniyyət, turizm, təhsil, səhiyyə, iqtisadiyyat, ticarət, sənaye və nəqliyyat sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı əsaslar var.

Qədim Naxçıvan diyarında olmaqdan məmnunluğunu bildirən Gürcüstan Prezidenti Mixeil Saakaşvili ulu öndər Heydər Əliyevin iki ölkə arasındakı əlaqələrin inkişafına misilsiz töhfələr verdiyini vurğulayıb. Gürcüstan Prezidenti Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının sürətlə inkişaf etdiyini bildirib. "Azərbaycanlılar ölkələrini çox sevirlər", - deyən Mixeil Saakaşvili Bakıda Prezident İlham Əliyev ilə uğurlu görüşlər keçirdiyini qeyd edib. Vurğulayıb ki, ölkəsini belə inkişaf etdirmək hər bir liderin arzusudur. İnanıram ki, Azərbaycan gələcəkdə daha da inkişaf edəcək.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.