Xəbərlər

"Azercell təqdim" edir - "Musiqi ilə birləşərək"
28 fevral, 2013 23:12

 

Keyfiyyətli rabitə xidmətləri ilə yanaşı dünya səviyyəli layihələr və kreativ təşəbbüslərlə fərqlənən Azercell Telekom bu dəfə peşəkar musiqiçilər üçün fərqli proqram təqdim edir. "Musiqi ilə birləşərək" adlanan bu layihə TeliaSonera və Azercell şirkətləri tərəfindən təşkil olunub və klassik musiqi ilə məşğul olan tələbələr üçün nəzərdə tutulub.

Layihə çərçivəsində bu il 1-8 aprel tarixlərində Finlandiyanın məşhur Savonlinna Musiqi Akademiyasının professor-müəllim heyəti Bakıda səfərdə olacaq. Nümayəndə heyətinə vokal və simli alətlər üzrə peşəkar sənətçilər daxildir. Onlar Bakı Musiqi Akademiyasının tələbələri üçün master klass keçib, onlarla birlikdə konsert programı ilə çıxış edəcəklər.

"Musiqi ilə birləşərək" layihəsinə 2012-ci ildən start verilib. Keçən il master klass zamanı Musiqi Akademiyasının ən istedadlı 8 tələbəsi Finlandiyada kurs keçmək üçün seçildi. İlk dəfə olaraq azərbaycanlı gənclər TeliaSonera və Azercell-in dəstəyi ilə Savonlinna Konservatoriyasındakı Yay Məktəbi dərslərində iştirak etdilər.

Azercell daim müxtəlif mədəni layihələr sahəsində fəaliyyətə xüsusi önəm verib, Azərbaycan mədəniyyətinin, xüsusilə də klassik musiqi janrında sənətçilərimizin dünyaya tanıdılması istiqamətində bir çox layihələri reallaşdırıb. İndiyə kimi şirkət tərəfindən sosial layihələrə təqribən 13.2 milyon manat pul ayrılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.