Xəbərlər

Qiymətli kağızlar bazararının peşəkar iştirakçılarının risklərini azaltmaq üçün preventiv tədbirlər görüləcək
28 fevral, 2013 22:32

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qərarı ilə "Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi" qaydaları təsdiq edilib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu barədə cümə axşamı QKDK-nın yaydığı məlumatda deyilir.

Sözügedən qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan brokerlərin fəaliyyətini tənzimləyir və onlar tərəfindən müştərilərin məlumatlandırılmasına, tapşırıqlarının icra edilməsinə, aktivlərinin geri qaytarılmasına, habelə broker və müştəri arasında bağlanılmış müqaviləyə dair tələbləri müəyyən edir.

Həmçinin, QKDK-nin qərarı ilə "Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması" qaydaları təsdiq edilib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Qaydalar qiymətli kağızlar bazarında çevik və risk əsaslı prudensial tənzimləmənin və nəzarətin təmin edilməsi məqsədilə qabaqcıl beynəlxalq standartların tələbləri nəzərə alınmaqla hazırlanıb. Belə ki, həmin qaydalarla müəyyən olunmuş yeni hesabatlılıq sistemi qiymətli kağızlar bazarında peşəkar iştirakçılarının maliyyə dayanıqlılığının və idarəetmə sistemlərinin mütəmadi olaraq qiymətləndirilməsinə, müəyyən edilmiş risklərin azaldılması məqsədilə preventiv tədbirlərin görülməsinə imkan verəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.