Xəbərlər

Mərkəzi Bank "Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı" mövzusunda referat müsabiqəsi keçirir
27 fevral, 2013 21:22

 

Azərbaycan Mərkəzi Bankı (AMB) ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı" mövzusunda referat müsabiqəsi keçirir.

Bankdan  verilən məlumata görə, müsabiqə iştirakçıları müsabiqənin mövzusuna uyğun hazırladığı referatın bir nüsxəsini (elektron və çap nüsxəsi olmaqla), həmçinin şəxsiyyət vəsiqəsi və tələbə biletinin surətini Mərkəzi Banka təqdim etməlidirlər. Müsabiqə iştirakçıları AMB-nin internet səhifəsində müsabiqə üçün yaradılan bölmədəki anketi dolduraraq onu referatla birlikdə müvafiq elektron ünvana onlayn şəkildə də təqdim edə bilərlər.

Müsabiqənin qalibləri aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

- Bir I yer - 300 manat;
- İki II yer - 200 manat;
- İki III yer - 100 manat.

Bundan başqa, qaliblərə Mərkəzi Bankın 20 illik yubileyi münasibətilə buraxılmış xatirə sikkəsi hədiyyə ediləcək.

Referatlar 10 aprel 2013-cü il saat 18.00-dək təqdim edilməlidir.

Müəyyən edilmiş vaxtdan gec təqdim edilmiş referatlar qəbul olunmur.

Müsabiqənin qaydaları və ona dair daha ətraflı məlumatlar Azərbaycan Mərkəzi Bankının rəsmi internet səhifəsində (http://www.cbar.az) yerləşdirilib.

Telefon: 4938946/23 (daxili 109)
Email: [email protected]

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.