Xəbərlər

Xocalı soyqırımı ilə əlaqədar Macarıstanda aksiya keçirilib
27 fevral, 2013 21:12

 

Ötən ilin dekabrında Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə təsis olunan Azərbaycan-Macar Gəncləri Təşkilatının üzvləri Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə fevralın 26-da Budapeştin mərkəzindəki "Qəhrəmanlar" meydanında aksiya keçiriblər.

Səfirlikdən çərşənbə günü verilən məlumata görə, aksiya iştirakçıları şəhər sakinlərinə Xocalı soyqırımı, ermənilərin törətdikləri vəhşiliklər barəsində məlumatlar verib, buklet, kitab, və DVD disklər paylayıblar.

Üç saata yaxın davam edən aksiyaya macarlar böyük maraq göstəriblər. Ermənilərin dinc azərbaycanlı sakinlərə, qadınlara, qocalara və uşaqlara qarşı törətdikləri vəhşiliklər macarlarda böyük hiddət doğurub. Aksiyanın sonunda iştirakçılar "Qəhrəmanlar" meydanında şamlarla "Xocalı" yazıb, "Xocalıya ədalət", "Ruanda, Xocalı və Serebrinitsa - UNUDULMASIN", "Erməni vəhşiliyinə hüquqi qiymət verilsin" və s. şüarlar səsləndirib.

Qeyd edık ki, iştirakçıların aksiya ilə bağlı hazırladığı video çarxı http://www.youtube.com/watch?v=VCmB2EzKKOo linkindən izləmək mümkündür.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.