Xəbərlər

Rusiyanın bir sıra vilayətlərində Xocalı faciəsinin qurbanları anılıb
26 fevral, 2013 22:49

 

Xocalı soyqırımının 21-ci ildönümünü Rusiyada yaşayan soydaşlarımız xatirə gecələri ilə qeyd ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyasının bir çox vilayət və şəhərlərində Azərbaycan diaspor təşkilatları Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri təşkil ediblər.

Qonşu ölkənin Stavropol, Amur, Ryazan, Perm, Murmansk, Kostroma, Kira, Voronej vilayətlərində, Xantı-Mansiysk Muxtar Diyarında, Çuvaş Respublikasında keçirilən tədbirlərdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iştirakçılara o məsum gecədə - 1992-ci fevralın 25-dən 26-na keçən gecə yaşananlar haqqında məlumat verilib, Ermənistan silahlı qüvvələrinin Xocalıda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər pislənib.

Həmin vilayətlərdə baş tutan tədbirlərdə Xocalı həqiqətlərini əks etdirən sənədli və bədii filmlər nümayiş etdirilib. Anım mərasimlərində yerli hakimiyyət nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri, ziyalılar, iş adamları, gənclər iştirak ediblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.