Xəbərlər

Azərbaycan nümayəndə heyəti BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumunda iştirak edəcək
26 fevral, 2013 22:14

 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-28-də BMT-nin Sivilizasiyalar Alyansının "Müxtəliflik və dialoq şəraitində məsuliyyətli liderlik" mövzusunda keçiriləcək V Dünya Forumunda iştirak etmək üçün Avstriyanın Vyana şəhərinə səfərə yola düşüb.

Mədəniyyət və Turizm Nazirliyindən çərşənbə axşamı  verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Xarici İşlər Nazirliyinin şöbə müdirləri Emil Həsənov və Vasif Eyvazzadə daxildir. Forumda BMT-nin baş katibi Pan Gi Mun, BMT Baş Assambleyasının prezidenti Vuk Ceremik, BMT-nin Sivilizasiyalar Alyansının indiki ali nümayəndəsi Corc Sampayo, BMT-nin Sivilizasiyalar Alyansının gələcək ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Naser, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Avstriya Prezidenti Hayns Fişer, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya, eyni zamanda, digər ölkə və beynəlxalq qurumların rəhbər şəxsləri iştirak edəcək.

Forum çərçivəsində keçiriləcək nazirlər görüşündə, Tərəfdaşlar Assambleyasında və Qara Dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə regional sessiyada Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Ə.Qarayevin çıxışları nəzərdə tutulur. Həmçinin, BMT-nin Sivilizasiyalar Alyansı üzrə gələcək ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Naser, YUNESKO-nun baş direktoru İrina Bokova və digər beynəlxalq qurum və hökumət rəsmiləri ilə görüşlər nəzərdə tutulur.

Görüşdə Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO və digər təşkilatlarla mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi beynəlxalq layihələr barədə müzakirələrin aparılması gözlənilir.

Səfər çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının 2013-cü il 29 may - 1 iyun tarixlərində Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi tərəfdaşı kimi təşkil edəcəyi beynəlxalq əhəmiyyətli tədbirlər və layihələr barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

YUNESKO-nun baş direktoru İrina Bokova ilə keçiriləcək görüşdə Azərbaycan-YUNESKO əməkdaşlığı, ölkəmizin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinə sədrliyi çərçivəsində cari ilin 2-8 dekabr tarixində Komitənin Bakıda keçiriləcək növbəti sessiyasının təfərrüatları və digər əlaqədar məsələlər müzakirə olunacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.