Xəbərlər

"Atəşgah"dan icbari avtomobil sığortası – qısa zamanda rəsmiləşdirmə və ünvana çatdırılma
26 fevral, 2013 22:10

 

Əhalinin rahatlığı və vaxta qənaət məqsədilə "Atəşgah" sığorta şirkəti yeni xidmət tətbiq edib - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) şəhadətnaməsinin qısa zaman ərzində rəsmiləşdirilməsi və qeyd olunan ünvana çatdırılması.

Şirkətdən bildiriblər ki, bundan sonra istənilən avtomobil sahibi evdən və ya ofisdən çıxmamaqla öz avtomobilini yalnız (012) 940 əlaqə telefonuna zəng etməklə sığortalaya bilər.

Sığorta şəhadətnaməsi şirkət əməkdaşı tərəfindən paytaxt ərazisində ödənişsiz olaraq müştərinin qeyd etdiyi ünvan və zamanda çatdırılır.

"Bu, sığorta şəhadətnaməsi əldə etmək kimi prosesi asanlaşdırmaqla bərabər, bütünlüklə sığorta sahəsinin inkişafına kömək edəcək. Bu xidməti tətbiq edərkən, biz, ilk növbədə, adıçəkilən sığorta şəhadətnaməsini almaq üçün vaxt tapıb gələ bilməyən avtomobil sahiblərinin maraqlarını düşünmüşük", - şirkətdən qeyd ediblər.

Adıçəkilən xidmət, həmçinin şirkətin KASKO (avtomobilin kompleks sığortası) və İcbari+ (AVSMMİS-in davamı olaraq 5 min AZN məbləğində əlavə təminatı nəzərdə tutur) məhsullarına da aid edilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.