Xəbərlər

Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Rumıniyada anma tədbiri keçirilib
26 fevral, 2013 22:00

 

Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Buxarestdə anma tədbiri keçirilib.

Azərbaycanın Rumıniyadakı səfirliyindən verilən məlumata görə, mərasimdə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və İdarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, Azərbaycansevər rumınlar, türk-tatar icmalarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, çıxış edənlər Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovulmasından, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışıb.

Xocalı faciəsinin Azərbaycanın unudulmaz, dəhşətli və qanlı günlərindən olduğunu söyləyərək, ermənilər tərəfindən törədilən qırğının ağır nəticələrindən danışmış, tədbir iştirakçılarına soyqırım aktının bir sıra dünya ölkələrində anıldığını bildiriblər.

Daha sonra tədbir iştirakçılarına, İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru xanım Leyla Əliyeva tərəfindən irəli sürülən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında məlumat verilmiş, beynəlxalq miqyasda, o cümlədən Rumıniyada Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsində diaspor üzvlərinin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyi vurğulanmışdır.

Xocalı soyqırımının, eləcədə işğal olunmuş Azərbaycan torpaqlarında törədilmiş erməni vəhşiliklərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində AR Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinin davamı kimi bu il Rumıniya Parlamentində Xocalının insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməsinin vacib hadisə olduğu diqqətə çatdırılmışdır.

Qeyd etmək lazımdır ki, Rumıniya Avropa İttifaqı və NATO üzv ölkələri arasında Xocalı qırğınına qarşı Parlament səviyyəsində dürüst mövqe nümayiş etdirən ilk ölkə olmuşdur. Belə ki, qanunvericilik orqanında etnik ayrı-seçkilik zəminində erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri amansız qətlin nəticələri açıqlanmış, münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və suverenliliyinə birmənalı dəstək bildirilmişdir. Avropada erməni diasporunun köklü və mütəşəkkil şəkildə fəaliyyət göstərdiyi ikinci ölkə olan Rumıniyada parlamentin bu mövqeyi qanunvericilik orqanda, eləcə də hökumətdə təmsil olunan erməni bürokratlara ən böyük zərbə olmuşdur.

Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanmış pres-reliz Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.