Xəbərlər

Azərbaycan taekvondoçuları ilin ilk yarış gününü 10 medalla başa vurublar
26 fevral, 2013 21:58

 

Azərbaycanın böyüklərdən ibarət milli komandası 2013-cü ilin ilk yarışında 10 medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, Misir Ərəb Respublikasının İsgəndəriyyə şəhərində V "Alexandria Open" beynəlxalq turnirinin birinci günü 6 çəki dərəcəsində mübarizəyə qatılan taekvondoçularımız 4 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olublar.

İdmançılarımızdan Samir Cavadlı (58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əzizov finalda London olimpiadasının iştirakçısı ermənistanlı rəqibini məğlub edib.

Gümüş medallar Hüseyn Mehrəliyevə (68 kq), Surə Fərəcliyə (49 kq) və Günay Ağakişiyevaya (57 kq) nəsib olub. 68 kq çəki dərəcəsinin finalçıları Azərbaycan idmançıları olublar. Bürünc mükafatları isə Vüsal Məmmədov (58 kq), Ramin Abdullayev (80 kq) və Türkanə Tahirli (49 kq) əldə ediblər.

Ümumdünya Taekvondo Federasiyasının (WTF) G1 kateqoriyasından olan bu ənənəvi yarışın mükafatçıları beynəlxalq reytinq xallarını da artırıblar.

Bu gün 54, 63, 74, 87 kq çəki dərəcələrində kişilərin yarışı, 46, 53 və 62 kq çəkilərdə isə qadın idmançılarımızın çıxışları olacaq. 31 taekvondoçudan ibarət komandamız müxtəlif çəkilərdə bir neçə idmançı ilə mübarizə aparır.

Taekvondoçularımız Bakıya fevralın 28-də qayıdacaqlar.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.