Xəbərlər

Güllə atıcılığı üzrə "Mahir nişançı" VII Respublika turniri keçirilib
25 fevral, 2013 22:37

 

Fevralın 25-də Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Biləcəri qəsəbəsində yerləşən Respublika Stend Atıcılığı İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə VII Respublika turniri keçirib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, 26 fevral - Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar təşkil edilən turnirin keçirilməsində əsas məqsəd XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərilməsi, güllə atıcılığı üzrə idman növünün geniş təbliğ edilməsidir.

Tədbirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Yarışda respublikanın 40 ali və orta ixtisas təhsili müəssisəsinin 160 tələbəsi iştirak edib. Yekun nəticəyə əsasən, Azərbaycan İqtisad Universitetinin komandası turnirin qalibi adını qazanıb. Milli Aviasiya Akademiyasının tələbələri ikinci, Bakı Biznes Universiteti komandası isə üçüncü yeri tutublar.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.