Xəbərlər

"PAŞA Həyat Sığorta" istehsalatda icbari sığorta üzrə 49 min manata yaxın ödəniş edib
25 fevral, 2013 22:28

 

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə, sığorta hadisəsi Azərbaycanda istehsalat sahəsində fəaliyyət göstərən müəssisələrin birində baş verib. Belə ki, "PAŞA Həyat Sığorta" ASC-də sığortalanan həmin müəssisənin işçisi istehsalat prosesi zamanı bədbəxt hadisə nəticəsində ciddi xəsarət alaraq peşə əmək qabiliyyətinin 60%-ni müddətsiz itirib və həmin şəxsə III qrup əlillik dərəcəsi təyin edilib.

Zərərçəkmişlə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydasının müvafiq bəndi tətbiq edilməklə 48,846 min manat həcmində birdəfəlik sığorta ödənişi sığortalının bank hesabına köçürülüb.

Qeyd edək ki, 2012-ci ildə "PAŞA Həyat Sığorta" şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 264 min manata yaxın sığorta ödənişi verilib. Xatırladaq ki, "PAŞA Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Ötən ildə şirkətin topladığı sığorta haqlarının həcmi 14,697 mln. manat, ödənişləri isə 0,360 mln. manat olub. Cari ilin fevral ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.